Sarkisyandan Türkiyəyə sərt ittihamlar

sarkisyandan-turkiyeye-sert-ittihamlar-
Oxunma sayı: 711

“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Avropa Parlament Assambleyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Türkiyə erməni-türk protokollarının reallaşdırmasını qeyri-mümkün edib. Sarkisyan bildirib ki, Türkiyə Osmanlı imperiyası vaxtı ermənilərin soyqırımını tanımasa da, açıq inkar siyasət tətbiq etsə də Ermənistan xeyirxah niyyətlərlə əlaqələrin normallaşması prosesinə təşəbbüs edib: “Bununla belə, erməni tərəfi problemi gələcək nəsillərə qoymamağa hazırdır. Münasibətlərin normallaşması yalnız Ermənistan və Türkiyə deyil, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün region və Avropaya da lazımdır. Ermənistanın blokadası dayandırılmalıdır”.

Nərgiz Ehlamqızı