Sarkozi adlı tualet kağızı - Fotolar

sarkozi-adli-tualet-kagizi-fotolar
Oxunma sayı: 661

Qafqazinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nurpa İstilik Gereçleri şirkəti Sarkozi markasının istifadə haqqı üçün Türk Patent İnstitutuna müraciət edib. Şirkətin sahibi Erol Akdəniz “sarkozy.com.tr” saytında deyib ki, o bu sayt vasitəsi ilə də satış həyata keçirəcək: “Kayserili olduğum üçün qablaşdırmanın üzərinə “Made in Kayseri” yazdırdım. Məhsul tualet kağızıyla məhdud qalmayacaq. Sonra eyni marka altında körpə bezi də istehsal edəcəyik”.

Bu məhsul üçün 200 min türk lirəsi sərmayə qoyduğunu deyən Akdeniz istehsal etdikləri məhsul üçün Türkiyədəki kağız istehsalçıları ilə görüşdüyünü qeyd edib: “Məhsul 10 gün ərzində bazarda olacaq. 3-4 min paketi təqdimat üçün pulsuz paylacam”.