Sarkozi də Kazan görüşünə qarışdı

<b>Sarkozi də Kazan görüşünə qarışdı </b>
Oxunma sayı: 160

“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Sarkozi məktubda bildirib ki, mayın sonunda Dovildə ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatında öz əksini tapmış prinsipləri bərkitməyin vaxtı çatıb. Fransa prezidenti qeyd edib ki, sonra bu məsələnin nizama salınması üzrə danışıqları apara bilərsiniz.

Onun sözlərinə görə, tarixin gedişatında elə anlar olur ki, dövlət rəhbərləri öz xalqına cəsurluq, müdriklik və dünya yolunu göstərməlidirlər. Sarkozi deyib ki, bu an yetişib: “Bilin ki, bütün hadisələrdə mən və özünü Ermənistanın qardaşı hesab edən Fransa sizinlə dostuq. Sizə bu həlledici görüşdə müvəffəqiyyətlər arzulayıram. Mənim ölkəm bu yolda sizə yardım etmək üçün səylərini əsirgəməyəcək”.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi