“Sarkozi həyatımın kişisidir”

sarkozi-heyatimin-kisisidir
Oxunma sayı: 721

“Qafqazinfo”nun məlumatına görə, Karla Bruni hamiləliyinin planlı şəkildə olmadığını, lakin çox xoşbəxt olduğunu deyib. Artıq bir neçə gündür ki, tətilə çıxan cütlüyün 3 ay sonra uşaqları dünyaya gələcək. Sarkozini həyatının kişisi olduğunu bildirən Karla gələn il onun prezident seçkilərinə qatılacağına ümid etdiyini deyib: “Mənim həyat yoldaşım çox humanist oldu və bunu xalq da bilir”.

Qeyd edək ki, fransız filosofdan 10 yaşında 1 oğlu olan Karla Bruni ikinci dəfədir ki, ana olur. Fransa liderinin isə ilk evliliyindən 3 oğlu var.