Sarkozi İlham Əliyevin qonağı olacaq

<b>Sarkozi İlham Əliyevin qonağı olacaq</b>
Oxunma sayı: 163




Fransa prezidenti Nikolya Sarkozi cari ilin oktyabr ayında Cənubi Qafqaz regionuna səfər edəcək. “Qafqazinfo”nun məlumatına görə, səfər çərçivəsində o Azərbaycanda da olacaq. Məlumata görə, Fransa prezidenti ilk olaraq Gürcüstan, daha sonra Ermənistan və sonda Azərbaycanı ziyarət edəcək.

Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olduğunu nəzərə alsaq Nikola Sarkozinin Azərbaycan və Ermənistanda bir sıra məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəyini ehtimal etmək olar.

Qeyd edək ki, hazırda rəsmi səfərə hazırlıq işləri gedir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi