Sarkozi Karla Brunini Berluskoniyə qısqandı - Fotosessiya

sarkozi-karla-brunini-berluskoniye-qisqandi-fotosessiya
Oxunma sayı: 992

Fransada keçirilən G-8 zirvəsinə ev sahibliyi edən Fransanın prezidenti Nikola Sarkozi liderlər üçün həyat yoldaşı ilə birlikdə şam yeməyi təşkil edib. Hamiləliyi artıq bilinən Karla Bruni ilə birlikdə qonaqları sarayın qapısında qarşılayan Sarkozi onlara fərqli münasibəti ilə diqqəti çəkib. Başı seks qalmaqallarına qarışan İtaliyanın baş naziri Silvio Berluskoni otelə təşrif buyuranda Sarkozi Karlanı ondan uzaqlaşdırmağa çalışıb. Fotoqraf çəkdirərkən Sarkozi Karla ilə Berluskoninin arasında yer alıb.

Amma Fransa prezidenti ABŞ lideri Obama gəldikdə fərqli münasibət bəsləyib. Həyat yoldaşını Obamaya təqdim edən Sarkozi Karlanın ABŞ prezidentinə sarılıb onu öpməsinə gülüşlə reaksiya verib. Foto çəkilişi zamanı isə Obama ilə Karla yanaşı dayanıb. Sarkozi Yaponiyanın baş naziri Naoto Kana da eyni münasibəti sərgiləyib.