Sarkozi məğlubiyyətini etiraf etdi

sarkozi-meglubiyyetini-etiraf-etdi
Oxunma sayı: 634

Fransa prezidenti Nikolya Sarkozi ilk dəfə olaraq məğlubiyyətini etiraf edib.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Sarkozi prezident seçkilərində erməni səslərinin belə onu qurtarmayacağını deyib. O, apreldə keçiriləcək seçkilərdə Sosialist Partiyasının namizədi olan François Hollande ilə rəqabət aparacaq Sarkozi yaxın çevrəsinə anketlərdə geri düşdüyünü və seçkilərdə uduzmaq riskinin yüksək olduğunu bildirib: “Siyasi karyeramın sonuna gəlməklə qarşı-qarşıyam. Seçimdə olacaq hər hansı məğlubiyyətdən sonra siyasəti buraxacağam. Daha rahat bir həyat istəyirəm. Özümü pul qazanmağa həsr edəcəyəm. Mən bir vəkiləm və ofisim hər zaman açıqdır. Amma məndən çox xəbər əldə edə bilməyəcəksiniz. Tam fərqli bir həyat yaşayacağam”.



Səidə