Sarkozi prezident seçkilərini uduzdu

sarkozi-prezident-seckilerini-uduzdu
Oxunma sayı: 652

Həlledici mərhələdə ölkənin fəaliyyətdə olan prezidenti Nikola Sarkozi və sosialist Fransua Olland mübarizə aparıb.

Kontinental Fransada seçki məntəqələri yerli vaxtla saat 08.00-da (Bakı vaxtı ilə 11.00) açılıb və saat 18.00-dək (Bakı vaxtı ilə 21.00), böyük şəhərlərdə isə saat 20.00-dək (Bakı vaxtı ilə 23.00) işləyib. İlkin təxmini nəticələrin artıq açıqlandığı bildirlir.

Belçikada çıxan "Suar" qəzetinin yaydığı məlumata görə, Fransua Olland prezident Nikola Sarkozi üzərində qələbə qazanıb. Qəzetin xəbərinə görə, sorğu mərkəzlərinin proqnozu doğrulub, Olland ümumi səslərin 53, Sarkozi isə 47 faizini qazanıb.

musavat.com