Sarkozi uşaqları istismar edib - İttiham

sarkozi-usaqlari-istismar-edib-ittiham
Oxunma sayı: 635

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, valideynlər dövlət başçısını uşaqları seçki kampaniyasında istismar etməsinə etiraz ediblər. Belə ki, Sarkozinin Luvr şəhərində məktəblərdən birinə səfəri zamanı təxminən 140 şagird prezident üçün əsl şou düzəltmək və onu salamlamaq məcburiyyətində qalıb.

Valideynlər bildiriblər ki, onların uşaqlarına balaca milli bayraqlar veriblər və onları “Yaşasın Sarkozi” deyə qışqırmağa məcbur ediblər. Qəzəblənən valideynlər bütün bunların onların icazəsi olmadan və uşaqlara heç bir izahat verilmədən edildiyini qeyd ediblər.

Prezidentin səfərini təşkil edən şəhər rəhbərliyi məktəblilərin manipulyasiya edilməsini inkar edib və bildirib ki, uşaqlar həyatları boyu unutmayacaqları tarixi hadisənin iştirakçıları olublar.

Qeyd edək ki, Sarkozinin seçki kampaniyasında ilk dəfə deyil ki, fırıldaqçılığa yol verməkdə ittiham olunur. Daha əvvəl də prezidentin Mennesiyə səfəri zamanı işçilərin kütləvi olaraq toplaşması barədə əmr verməsi bildirilmişdi.

Səidə