Sarkozi yenidən baba oldu

sarkozi-yeniden-baba-oldu
Oxunma sayı: 647

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, birinci evliliyindən olan oğlu Jan və gəlini Cessikanın Lolo adlı qızları dünyaya gəlib. Yeni doğulan körpə 25 yaşlı Jan Sarkozinin ikinci uşağıdır. O, Cessika ilə 2008-ci ildə ailə qurub.

Qeyd edək ki, bir neçə ay əvvəl prezident Sarkozi özü ata olmuşdu. Həyat yoldaşı Karla Brunidən Culiya adlı qızları dünyaya gəlmişdi.