Sarkozinin ardınca Klinton da siyasətdən qaçır

sarkozinin-ardinca-klinton-da-siyasetden-qacir
Oxunma sayı: 645

O, 2012-ci il seçkisindən sonra qadın və uşaq hüquqlarının müdafiəsi üzrə layihələrlə məşğul olmaq istədiyini, bundan sonra heç bir yüksək vəzifədə çalışmağı planlaşdırmadığını dəfələrlə qeyd edib. Hillari Klinton etiraf edib ki, prezident Barak Obamanın seçkiqabağı kampaniyasında iştirakdan yayına bilməz. O, seçkidə vitse-prezidentliyə namizəd qismində iştirakının mümkünlüyü barədə məlumatları da rədd edib.

Dövlət katibi eyni zamanda siyasi rəqiblərinin seçkiqabağı kampaniyası ilə maraqlanmadığını və onların heç bir debatına baxmadığını etiraf edib.