Sarkozinin atası Ərdoğana cavab verdi

<b>Sarkozinin atası Ərdoğana cavab verdi</b>
Oxunma sayı: 141

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Fransa prezidentinə “Əlcəzair soyqırımından xəbəri yoxdursa gedib atası Paul Sarkozidən soruşsun”-deyə müraciət edən baş nazir Ərdoğana Sarkozinin atasından cavab gəlib. Paul Sarkozi Ərdoğanın iddialrını gülünc adlandıraraq, heç vaxt Əlcəzairdə olmadığını bildirib: “Heç vaxt Əlcəzairdə xidmətdə olmamışam, Marseldə heç yana getməmişəm. Legionda 4 ay xidmət etmişəm, sonra xəstəliyimə görə geri qaytardılar. Hər şey mənim “Tant de Vie” kitabımda təsvir edilib, sadəcə almaq və oxumaq kifayətdir”.

Səidə


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi