Sarkozinin Bakıya səfəri “sel qaçqını” üçün düşərli oldu

sarkozinin-bakiya-seferi-sel-qacqini-ucun-duserli-oldu
Oxunma sayı: 676

“Qafqazinfo”un verdiyi xəbərə görə, 1941- 45- ci illər Böyük Vətən müharibəsindən sonra Azərbaycanlı cəsur partizan Səmməd Şirməmmədovla ailə həyatı quraraq Azərbaycana pənah gətirmiş 83 yaşlı fransız xanımın məktubunu aidiyyatı orqanlara çatdıran və problemi ictimailəşdirən “Kür” Qərargahının bu addımından sonra İvonna xanımın ailə həyatı, keçdiyi ömür yolu təkcə yerli qəzet və televiziyaların deyil, beynəlxalq mətbuatın da diqqət mərkəzində oldu. İmişli RİH- nin və FHN- nin məsul şəxsləri onunla görüşərək problemi ilə maraqlanmış və həllinə köməklik edəcəklərini söz verdilər.
Bir neçə gün öncə fransız İvonna xanımın övladlarının “Kür” Qərargahına verdiyi məlumata görə, aidiyyatı qurumlar onun müraciətinə müsbət reaksiya verərək qəzalı evinin tikintisinə başlayıblar. İmişli rayonunun Murquzallı kəndinə səfər edən Qərargah üzvləri tikintinin gedişi ilə tanış olublar. Tikinti Fövqaladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir. Bu şad xəbərə başqa bir şad xəbər də əlavə olunub. Fransız xanımın 60 il qəlbində gəzdirdiyi arzu reallaşmaq üzrədir. Onun yaxın günlərdə Fransaya aparılacağı gözlənilir. Qeyd edək ki, bir neçə gün öncə Fransanın dövlət televiziyasının əməkdaşları da İmişli rayonunun Murquzallı kəndinə səfər edərək İvonna xanımdan müsahibə alıblar. TV jurnaslitlərinin Fransaya səfər zamanı onu müşayət edəcəkləri gözlənilir.
Bu hadisənin Fransa prezidentinin 7 oktyabrda Bakı səfəri ilə əlaqəli olub- olmamasından asılı olmayaraq diqqət və maraq çəkdiyi qədər də təqdirəlayiq haldır. Qəzalı evinin tikilməsi, öz üzərində dövlət qayğısını hiss etməsini yaşayış yeri yararsız olan, milliyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarına arzulayırıq.