Sarkoziyə daha bir layiqli cavab

sarkoziye-daha-bir-layiqli-cavab
Oxunma sayı: 688

Egemen Bağış ikigünlük rəsmi səfərdə olduğu Bosniya və Hersoqovinanın paytaxtı Sarayevada jurnalistlərin suallarına cavab verərkən belə deyib.

"Hərhalda Fransadaki son siyasi anketlerin nəticəsi Sarkozini o qədər qorxudub ki, o, belə açıqlamar verir", deyə Bağış əlavə edib.

"Dünən Fransanın daxili işlər naziri ilə görüş zamanı ona da söylədim. Biz siyasətçilərin işi keçmişi və keçmişdə baş verən hadisələri müəyyənləşdirmək deyil. Siyasətçilərin işi gələcəyi müəyyənləşdirməkdir. Cənab Sarkozi tarixçi roluna girməkdənsə, başını ölkəsinin daxil olduğu iqtisadi böhrandan necə çıxaracağı istiqamətində bir az işlətsə, üzv olduğu Aİ-nin gələcəyinə aid layihələr yaratsa, Avropa üçün də, Fransa üçün də və dünya sakitliyi üçün də daha anlamlı olar. Buna sadəcə yaxınlaşan seçkinin istismarı demək olar, başqa bir şərh verməyin mənası yoxdur", deyə türkiyəli nazir vurğulayıb.

Nikola Sarkozi Ermənistanda səfərdə olarkən Türkiyənin ünvanına təhdid bəyanatı verib. Onun sözlərinə görə, əgər Türkiyə 2011-ci ilin sonunadək “erməni soyqırımı”nı tanımasa, Fransa müvafiq tədbirlər görəcək. Bu tədbirlərdən biri də “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsinin qəbuludur.