Sarkoziyə dövlət büdcəsini mənimsəmək iddiası

sarkoziye-dovlet-budcesini-menimsemek-iddiasi
Oxunma sayı: 657

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, adı korrupsiya qalmaqallarında hallanan Sarkozinin bu dəfə dövlət büdcəsindən şəxsi ehtiyacları üçün küllü miqdarda pul xərclədiyi ortaya çıxıb. Kitabda Sarkozinin gündəlik yemək-içmək xərclərinin 12 min avro olduğu açıqlanıb. Dövlət pulları hesabına lüks dəvətlər və səyahətlər həyata keçirdiyi deyilir. Dosier iş adamları, tarixçilər və televiziya şərhçilərini tez-tez nahara dəvət edən Sarkozinin süfrəsində hər zaman 190 avroluq şərablar olduğunu yazıb. Yelizey sarayı üçün alınan bir soba və elektrik nizamlayıcının bir milyon avroya başa gəldiyi deyilir.

Onun Air bölgəsinə 2009-cu ildə 2 saatlıq səfərinin dəqiqəsi dövlətə tam olaraq 840 avroya, Saint Quentinə səfəri 420 min avroya, həyat yoldaşı Karla Bruni ilə Lascaux səfəri isə 131 min avroya başa gəlmişdi.

Kitabda Yelisey sarayının keçən il 114 milyon avro xərclədiyi. Bunun 69 milyonunun şəxsi, 19-nun səhayət və 240 mininin də çiçəklərə ayrıldığını yazıb.


Onu da qeyd edək ki, bu yaxınlarda Sarkozinin Ukraynada zəhərlənərək xəstəxanaya yerləşən oğlunu Fransaya Hava Qüvvələrinin rəsmi şəxsləri daşıyan xüsusi bölməsi ilə ölkəyə gətirdiyi və bunun üçün 60 min dollar yaxud 40 min avro xərclədiyi deyilirdi.



Səidə