Sarkoziyə “it oğlu” dedi, həbs olundu

sarkoziye-it-oglu-dedi-hebs-olundu
Oxunma sayı: 645

ANS PRESS-in "Armenia Today" saytına istinadən verdiyi xəbərə görə, məhkəmədə ifadə verən təqsirləndirilən baş verən hadisəyə aydınlıq gətirməyə çalışıb: “Mən sevgilimlə dalaşırdım, hirsimdən “it oğlu” deyə bağırdım. Mən konkret olaraq bunu kiməsə demədim, heç prezidenti də görməmişdim. Amma orada çoxlu adamlar, jurnalistlər var idi, elə onlar da elə qərara gəliblər ki, mən dövlət başçısını söyürəm”.

Lakin məhkəmədə 23 yaşlı gəncin sözləri o qədər də inandırıcı səslənməyib. Şahid qismində polislər dindiriliblər. Onlardan biri deyib ki, təhqiredici sözlər ancaq prezidentə ünvanala bilərdi, çünki N. Sarkozi həmin vaxt qadın nazirlərin əhatəsində idi.