Sarkoziyə seçkiöncəsi ağır zərbə

sarkoziye-seckioncesi-agir-zerbe
Oxunma sayı: 635

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, sabiq maliyyə naziri Erik Vert bu həftənin çərşənbə günü şahid qismində “Loreal Lilian Betankur” adlı komsetika şirkətinin Sarkozinin seçki kampaniyasını qanunsuz maliyyələşdirilməsi ilə bağlı məhkəməyə ifadə verəcək.

Bu ifadələr yenidən prezident seçilmək istəyən Sarkozinin şanslarına ciddi təsir edə bilər.

Yerli mətbuat orqanları xəbər verir ki, artıq Sarkozinin reytinqi onun əsas rəqibi olan sosialist partiyasından namizəd Fransua Ollandaya nisbətən aşağı düşüb.

Qeyd edək ki, Fransada prezident seçkiləri bu ilin aprelində keçiriləcək.