Saunada “yaxalanan” axund “Qafqazinfo”ya danışdı

saunada-yaxalanan-axund-qafqazinfoya-danisdi
Oxunma sayı: 649

Hacı Nadir onun barəsində yayılan məlumatın yanlış təqdim edildiyini bildirib: “Bu, qurama işdir. Şübhələndiyim adamlarda boyunlarına almırlar, təkzib edirlər. Bu, təxribatdır. İstəyirəm ki, mənə qarşı olan bu təxribat araşdırılsın”.

Hacı Nadir baş vermiş hadisənin əslində, belə olduğunu deyib: “Abşeron rayon Polis Şöbəsindən mənə zəng elədilər, məlumatlandırdılar ki, mənim saunada şəkillərimi çəkiblər. Sonra o şəkilləri evimə göndərdilər. Şəkildəki adam mənə oxşayır, amma mən deyiləm. Bu şəkillərlə məni şantaj eləmək istəyirlər. Buna görə məni polis şöbəsinə aparıb izahat almaq istədilər. Mən getmədim, axşam məscidə gəldilər. Camaat məni qorudu, qoymadılar şöbəyə aparmağa”.

Hacı Nadir onun adından yayılmış “Allah şeytana lənət etsin. Bilmədim, niyə belə etdim. Amma sonradan kimlər isə bu şəkili mənim telefonumdan götürüblər və yayıblar. Şübhələndiyim adamlara bunu sübut edə bilmirəm” fikrinin də yanlış təqdim olunduğunu qeyd edib: “Mən sadəcə, bildirmişəm ki, mənə qarşı bu tələni quranlar şeytandır və Allah da o şeytanlara lənət etsin. Bunu özüm barədə deməmişəm ki, şeytan məni yoldan çıxarıb”.