Saxta pul kəsənlər ifşa edildi - Kriminal xəbərlər

saxta-pul-kesenler-ifsa-edildi-kriminal-xeberler-
Oxunma sayı: 938

Oktyabrın 31-də Lənkəran rayon sakini Bəhruz Kərimov «Memar Əcəmi» metrostansiyasında Cəlilabad rayon sakini Rahim Dadaşova məxsus köşkdən geyim malları oğurladığı üçün Bakı şəhər BPİ Metropolitendə Polis Şöbəsinin Cinayət-Axtarış Qrupunun əməkdaşları tərəfindən tutulmuş və ondan 0,204 qram narkotik vasitə olan heroin aşkar edilmişdir.

Oktyabrın 31-i saat 19 radələrində Bakı şəhər sakini Ayxan Rzayev idarə etdiyi «Hundai» markalı avtomobili Sabunçu körpüsünün üstündə yolun kənarında olan dəmir çəpərə vurmuş, nəticədə 3 saylı xəstəxanaya daxil olmuş və orada ölmüşdür.

Oktyabrın 31-i saat 23:55 radələrində Y.Səfərov küçəsində Bakı şəhər sakinləri Taleh Muxtarovun idarə etdiyi «VAZ-2106» markalı və Mahir Razayevin idarə etdiyi «BMW» markalı avtomobillər toqquşmuşdur. Nəticədə, «VAZ-2106» markalı avtomobilin sürücüsü T.Muxtarov və sərnişini Kərim Kərimov KTM-ya yerləşdirilmiş, «BMW» markalı avtomobildə olan sərnişin Fərid Yusifov isə hadisə yerində ölmüşdür.

Nizami RPİ CAŞ və NMB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində B.Nuriyev küçəsində yaşayan Rac Süleymanovun mənzilindən 113 ədəd 100 manatlıq, 51 ədəd 50 manatlıq saxta əskinas və 29 qramdan artıq narkotik vasitə olan heroin, Sabunçu qəsəbəsi Aydınbəyov küçəsində yaşayan Saleh Salmanovun mənzilindən isə 14 ədəd 5 manatlıq, 7 ədəd 20 manatalıq saxta əskinas və 85 qramdan artıq narkotik vasitə olan marixuana aşkar edilmişdir.

Oktyabrın 19-na keçən gecə Z.Xəlilov küçəsində yerləşən Bakı şəhər sakini Ramin Məmmədova məxsus mağazadan qapını sındırma yolu ilə 1000 manat və danışıq kartları oğurlanmışdır. Yasamal RPİ 29-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Göyçay rayon sakini Ağamusa Məsimov və Cəlilabad rayon sakini Nahid Bağırov oktyabrın 31-də tutulmuşlar.

Sentyabrın 14-də X.Məmmədov küçəsində yaşayan Teymuraz Ələkbərovun mənzilindən pəncərədən keçmə yolu ilə 6000 manat, 8500 ABŞ dolları və 1700 manat dəyərində qızıl-zinət əşyaları oğurlanmışdır. Xətai RPİ CAŞ və 36-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Samir Soltanov oktyabrın 31-də tutulmuşdur.

Bakı şəhər BPİ NMİ, Nəsimi RPİ NMB və Binəqədi RPİ CAŞ-ın əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Biləcəri qəsəbəsi 4-cü Dağlıq küçəsində yaşayan İsmayıl Səmədovun evindən 5 ədəd patronu ilə birlikdən işıq siqnalı atan tapança və 0,177 qram narkotik vasitə olan heroin aşkar edilmişdir.