“Sayın Ərdoğan, qorxma, arxandayıq”

sayin-erdogan-qorxma-arxandayiq
Oxunma sayı: 634



Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı Gaziantepdə baş verən terror hücumundan sonra maraqlı açıqlamalar verib. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, müxalifət lideri terrorla mübarizdə baş nazir Rəcəb Tayyib Ərdoğana dəstək nümayiş etdirib: “Cənab baş nazir, bu hadisələr qarşısında dözümlü, dik duracağınız, alacağınız siyasi qərarlarla terrorla mübarizəyə önəm verəcəyiniz halda, TBMM-də 326 millət vəkili və tək başına bir iqtidar olaraq Türkiyədə terrorun kökünü kəsə bilərsiniz... Yəni “terrorun kökünü kəsin” təlimatını verə bilmək üçün güclü bir siyasi iqtidar qərarlılığına ehtiyac var. Bu səbəbdən də, cənab baş nazir, qorxma, sənə səs verən kütlə bu millətin övladıdır, arxandadır. Bu ölkənin sevdalısı olan MHP-lilər də bu qərarı ortaya qoyduğunuz zaman səni tək buraxmazlar. Bu terrorun kökü kəsilməli və Kandilə türk bayrağı sancılmalıdır. Bir dəfə də bir araya terror üçün gəlin, əgər Kandilə bayraq sancacaqsınızsa bərabər gedin, bərabər sancın bu bayrağı. Sizlərin arxasında millət olaraq duracağıq” .