BŞBPİ-dən Milli Şuranın mitinqi ilə bağlı - Açıqlama

bsbpi-den-milli-suranin-mitinqi-ile-bagli
Oxunma sayı: 6429

Bakıda Milli Şuranın mitinqi başlayıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçmiş “Məhsul” stadionunda keçirilir.
 
Mitinqdə Müsavat Partiyası da iştirak edir.
 
Aksiya iştirakçılarının təhlükəsizliyi polis tərəfindən təmin olunur.

***

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın təşkil etdiyi mitinqlə bağlı məlumat yayıb.
 
BŞBPİ-dən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, martın 10-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. 
 
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min  beş yüz)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
 
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.