BŞBPİ-dən Milli Şuranın mitinqi ilə bağlı - Açıqlama+ Yenilənib

bsbpi-den-milli-suranin-mitinqi-ile-bagli
Oxunma sayı: 4787

Bakıda Milli Şuranın mitinqi başlayıb.
 

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçmiş “Məhsul” stadionunda keçirilir.
 
Mitinqdə Müsavat Partiyası da iştirak edir.
 
Aksiya iştirakçılarının təhlükəsizliyi polis tərəfindən təmin olunur.

***

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) “Qafqazinfo”ya daxil olan məlumata görə, aprelin 14-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.