Səbayil rayonunda sursat tapıldı

sebayil-rayonunda-sursat-tapildi
Oxunma sayı: 655

“Qafqazinfo” Favqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Səbail rayonunda sursat aşkarlanması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb, nazirliyin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararlı 1 ədəd “F-1” markalı əl qumbarası və “UZRQM” tipli alışdırıcıdır.

Aşkarlanmış sursat müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən hadisə yerinə əlavə baxış keçirilib və digər şübhəli əşya aşkar edilməyib.