Səbinə Babayeva Amsterdamda böyük coşğu ilə qarşılandı-Fotolar

sebine-babayeva-amsterdamda-boyuk-cosgu-ile-qarsilandi-fotolar
Oxunma sayı: 1498

“Qafqazinfo”nun eurovision.az saytına istinadən verdiyi məlumata görə, tədbir qayıq gəzintisi ilə başlayıb. Azərbaycanın Eurovision təmsilçisi Avstriya, Niderland, Belçika, Malta, Fransa, Latviya, San Marino, Macarıstan, Sloveniya, Bolqarıstan, Türkiyə, Portuqaliya, Moldova və digər ölkələrdən olan həmkarları ilə görüşüb.
Səbinə Babayeva bütün Eurovision iştirakçılarını may ayında doğma Bakı şəhərinə dəvət etmək fürsətini əldə qaçırmayıb. O, Azərbaycanın şou iştirakçılarını qonaqpərvərliyin ən yaxşı adət-ənənəsi ilə səmimiyyətlə qarşılayacağına əmin edib.

Səbinə Fransa təmsilçisi Anqun və Hollandiyanın Eurovision 2012 iştirakçısı Joan Franka ilə dostlaşıb. Anqun Səbinəni hətta ən mühüm rəqib adlandırıb. Səbinə Avropa mediası, o cümlədən Almaniya, Fransa, Niderland, Malta, Rumıniya və Moldovanın jurnalistləri ilə görüşüb.

Səbinə Babayeva "Eurovision İn Concert" tədbirinin auditoriyası qarşısında “When the Music Dies” mahnısını ingilis və doğma Azərbaycan dillərində ifa edib.

Amsterdam təəssüratlarını bölüşən Səbinə bunları deyib: "Bu, mənim üçün həqiqətən unudulmaz və böyük bir gündür. Burada olmağıma və nəhayət, hamı ilə görüşməyimə çox şadam! Çox sevindim və dinləyicilərdən böyük enerji aldım. Amsterdam çox təsiredicidir! Səbirsizliklə hamını Bakıda görməyi arzulayıram!"