Seçki qanunu dəyişdi

secki-qanunu-deyisdi
Oxunma sayı: 656

Ukrayna Ali Radası “Xalq deputatları seçkisi haqda” qanunu noyabrın 18-də qəbul etmişdi. Yenilik qarışıq parlament seçkisinin tətbiqini nəzərdə tutur.

Qanuna görə, deputat korpusunun yarısı (225 deputat) partiya siyahısı, digər yarısı isə təkmandatlı dairələr üzrə seçiləcək. Əvvəlki qanun parlament seçkisinin yalnız partiya siyahıları üzrə keçirilməsini nəzərdə tuturdu.

Qanun parlament seçkisində keçid həddini 3 faizdən 5 faizə qaldırır. Yeni qaydalar seçkidə blok şəklində iştirakı və hamının əleyhinə səs verməyi yasaqlayır.

Ukraynada növbəti parlament seçkisi 2012-ci ildə keçiriləcək.

"Media forum"