Seçkilərin təxirə salınması tələb olunur

seckilerin-texire-salinmasi-teleb-olunur
Oxunma sayı: 651

Nümayişçilər bazar ertəsi keçiriləcək parlament seçkilərinin təxirə salınmasını istəyir. İslamazeri.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, nümayişlərin son dalğası bir həftə əvvəl başlayıb və Prezident Mübarəkin devrilməsindən sonra ən ciddi zorakılıqlarla nəticələnib. 40-dan artıq adam ölüb.

Dövlət mediası xəbər verir ki, Misir ordusu keçmiş Baş Nazir Kamal Qanzuriyə yeni hökumət təyin etməyi tapşırıb.Silahlı Qüvvələrin Ali Şurası Prezident Mübarək fevral ayında devrildikdən sonra hakimiyyətin sivil idarəetməyə keçidinə nəzarət edir.

Şuranın prosesləri sürətləndirmək vədlərinə baxmayaraq, etirazçılar onun hakimiyyətdə qalacağından qorxur. Onlar seçkilər keçirilməzdən öncə hərbi idarəetməyə son qoyulmasını tələb edirlər.

Bir çox misirlilər isə seçkilərin keçirilməsini istəyir. Əsas müxalifət partiyası - Müsəlman Qardaşlığı nümayişçiləri dəstəkləmir və onun seçkilərdə tərəfdarının çox olacağı gözlənilir.

Ağ Ev deyib ki, Misirdə hakimiyyət tez bir zamanda mülkilərə keçməlidir.