Seçkilərn vaxtı bəlli oldu

seckilern-vaxti-belli-oldu
Oxunma sayı: 719

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən əldə etdiyi məlumata görə, bu barədə CNN-ə müvəqqəti hökumətin nümayəndələri açıqlama verib.
Qeyd etmək lazımdır ki, üsyançılar hələlik ölkənin bütün ərazisinə nəzarət edə bilmirlər. Qəzzafi tərəfdarları Liviyanın şimal-qərbində Bəni-Valid şəhərinə nəzarət edirlər, həmçinin diktatorun doğma şəhəri Sirt də onların əlindədir.
Bu yaşayış məntəqələri azad edildikdən sonra Mili Keçid Şurası bu ərazilərdə öz nümayəndəsini təyin edəcək. Nəticədə Milli Keçid Şurasına 80 nəfər daxil olacaq. İndi isə onların sayının 43 olması xəbər verilir.
Milli Keçid Şurası səkkiz ay ərzində 200 nəfərdən ibarət olacaq Milli Konqresə seçkiləri hazırlayacaq. Bu orqanının formalaşmasından sonra müvəqqəti hökumətin səlahiyyətləri başa çatacaq.