“Seçkiyə qatilmağın heç bir mənası yoxdur”- Etiraz

seckiye-qatilmagin-hec-bir-menasi-yoxdur-etiraz
Oxunma sayı: 698

İranda növbəti parlament seçkisi 2012-ci ilin martında keçiriləcək.

“Media forum” saytının məlumatına görə, dekabrın 19-da jurnalistlərə açıqlama verən
Məhəmməd Xatəmi deyib ki, islahatçıların qoyduğu üç şərtin (siyasi məhbusların azadlığa buraxılması, hamının konstitusiyaya riayət etməsi, azad seçkisinin keçirilməsi üçün şərait yaradılması) heç birisi yerinə yetirilməyib: “Mən seçkiyə qatılmaq barədə sözümü bundan əvvəl demişəm. Biz gözləyirdik ki, islahatçıların növbəti seçkiyə qatılmasına şərait yaradılsın. Lakin göründüyü kimi buna şərait yaradılmayıb. Mən heç kəsin əvəzindən fikir irəli sürmürəm. Lakin güman edirəm ki, hazırdakı şərait və bütün göstəricilər bunu deməyə əsas verir ki, seçkiyə qatılmağın heç bir mənası yoxdur. İndiki şərait və vəziyyətdə islahatçılar bu seçkiyə qatıla bilmirlər. Hesab edirəm ki, qatılmamalıdırlar da”.