Səfər Əbiyevdən ciddi cəza tədbiri

sefer-ebiyevden-ciddi-ceza-tedbiri
Oxunma sayı: 651

Fevralın 4-də Ağdam rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri Əmiraslanov Mehman Əmiraslan oğlunun özünə qəsd etməsi ilə bağlı araşdırma aparılıb və məsuliyyət daşıyanlar cəzalandırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Müdafiə Naziri general-polkovnik Səfər Əbiyevin əmri ilə hərbi hissənin komandiri mayor Əhmədov Etibar İsabala oğlu xidməti vəzifəsini dürüst və layiqincə yerinə yetirmədiyinə və buraxdığı digər nöqsanlara görə tutduğu vəzifədən azad olunub. Hərbi hissənin qərargah rəisi polkovnik-leytenant Məcidov Vüqar Yadigar oğlunun barəsində isə intizam qaydasında ciddi ölçü götürülüb. Qanunsuz hərəkətlərə yol verdiyinə görə bölük komandiri baş leytenant Babayev Nihad Nizami oğlu da tutduğu vəzifədən kənarlaşdırılıb. Onun barəsində cinayət işi başlanılaraq həbs edilib.