Səfir partiya sədrlərinə məktubunda nə yazıb?

sefir-partiya-sedrlerine-mektubunda-ne-yazib
Oxunma sayı: 654

VİP-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, səfir partiya sədrlərinin hüquqşünas İntiqam Əliyevin İstanbul Atatürk Hava Limanında üzləşdiyi təzyiqin araşdırılması xahişinin əks olunduğu məktuba cavab verib.

H.Kılıç baş vermiş məlum olaydan üzüntüsünü vurğulayaraq, hazırda Türkiyədə İ. Əliyevlə bağlı hadisənin istintaqının davam etdiyini, nəticələrin ictimaiyyətlə paylaşılacağını diqqətə çatdırıb.

Səfir eyni zamanda, İ. Əliyevlə bağlı olayın öz miqyasında nəzərdən keçirilməsinin vacibliyini də önə çəkib: “Hörmətli İntiqam Əliyev ilə əlaqədar hadisənin öz əhatəsində qiymətləndirilməsinin lazım gəldiyini düşünürəm. Türkiyə və Azərbaycanın birliyi və bərabərliyi, xalqlarımızın qardaşlığı baxımından məsuliyyətli və sağlam fikirli davranış sərgiləmənin əhəmiyyət daşıdığını dəyərləndirirəm”.