Səfir xanım Azərbaycanda qəzaya düşdü

sefir-xanim-azerbaycanda-qezaya-dusdu
Oxunma sayı: 684

Xarici dövlətin Azərbaycandakı xanım səfiri Bakıda yol qəzasına düşdü. Səfirin idarə etdiyi maşın KİA ilə toqquşdu. “Qafqazinfo”nun məlumatına görə, İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri xanım Sabin Ulmann Şabanın idarə etdiyi "Linkoln" markalı SFR 0442 dövlət qeydiyyat nişanlı avtomobil Ucar sakini Ruslan Usubovun idarə etdiyi KİA markalı maşınla toqquşub.

Hadisə ötən gün Səbail rayonu ərazisində, M.Mansur küçəsi 72 saylı binanın qarşısında baş verib. Qəza zamanı xəsarət alan olmayıb. Maşınlara ziyan dəyib. Hadisə ilə bağlı protokol tərtib olunub, qəzanın səbəbləri araşdırılır.