Səfirlik bəyanat yaydı

sefirlik-beyanat-yaydi
Oxunma sayı: 641

Səfirlik baş verən hadisədən narahat olduğunu vurğulayıb.

Münaqişə xüsusi xidmət orqanı əməkdaşının iştirakı ilə baş verib. Azərbaycan diasporunun məlumatına görə, zərərçəkənlərə ciddi təzyiq göstərilir. Səfirlik bu insidentin obyektiv araşdırılması üçün Rusiya Federasiyasının səlahiyyətli orqanlarına müraciət edəcək.

Səfirliyin əməkdaşı bu gün Azərbaycan diasporunun nümayəndələri və yerli orqanlarla görüşlər keçirmək üçün Yaroslavl vilayətinə gedəcək.

Səfirliyin bəyanatında bildirilir ki, səfir Polad Bülbüloğlu Yaroslavl vilayətindəki Azərbaycan diasporunun rəhbərləri ilə mütəmadi əlaqə saxlayır.

Xatırladaq ki, Yaroslavl vilayətinin Borisoqlebsk rayonunda azərbaycanlılarla naməlum iki şəxs arasında baş verən atışmada beş nəfər yaralanıb. Hadisə Ustye çayının sahilində baş verib. Bir qrup azərbaycanlı yüksək səslə musiqiyə qulaq asıb, bu zaman yaxınlıqda qadınlarla dincələn iki hərbçidən biri onlara yaxınlaşaraq musiqinin səsini azaltmağı xahiş edib. Azərbaycanlı səsi azaltmaqdan imtina edib, buna cavab olaraq hərbçi soydaşımıza travmatik tapançadan atəş açıb. Atəş nəticəsində 3 azərbaycanlı yaralanıb, soydaşlarımızdan biri silahı hərbçinin əlindən almağa müvəffəq olub. Bundan sonra o həmin silahdan hərbçiyə və onun dostuna atəş açaraq onları yaralayıb. Soydaşlarımıza atəş açan hərbçinin vəziyyətinin ağır olduğu bildirilir. Başlamış cinayət işinin materialları Rusiya Təhqiqat Komitəsinin Yaroslavl qarnizonu üzrə hərbi-təhqiqat şöbəsinə verilib.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələr “RİA Novosti”yə atəş açan kişinin Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğunu və Yaroslavlda yaşamadığını bildiriblər./anspress/