Səfirlik əməkdaşı iki qadınla öldü

sefirlik-emekdasi-iki-qadinla-oldu
Oxunma sayı: 648

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzilə eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən üç nəfər vətəndaş hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşların vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxslərin cəsədləri xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsindən Milli.Az-a verilən məlumata görə, ölənlər dəm qazından boğulublar. Ölənlərin ikisi qadın, biri kişi olub. Kişinin Mərakeş səfirliyinin əməkdaşı olduğu bildirilir.