Səfirliyin maşını qəza törətdi

sefirliyin-masini-qeza-toretdi
Oxunma sayı: 651

Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Mətbuat prospektində Özbəkistan vətəndaşı Tazabay Allamovun idarə etdiyi "Toyota" markalı mikroavtobus, Bakı şəhər sakini 25 yaşlı Elşən Mahmudovun idarə etdiyi "Volkswagen-Touareg" markalı minik maşını ilə toqquşub.

Nəticədə avtomobillərdən biri yol kənarındakı səkiyə çırpılıb. Bu zaman yol kənarında dayanmış piyada, 27 yaşlı Anar İsmayılov xəsarət alıb. Yaralıya "təcili yardım" əməkdaşları yardım göstəriblər.

Onu da əlavə edək ki, qəzaya düşən "Toyota" markalı avtomobil Özbəkistanın Bakıdakı səfirliyinə məxsusdur. Hazırda faktla bağlı araşdırma aparılır.