Şəhər polislərinin qanını aldılar - Fotolar

seher-polislerinin-qanini-aldilar-fotolar
Oxunma sayı: 680

Bakı şəhər Baş Polis İdarəsində növbəti dəfə könüllü qanvermə aksiyası keçirilib. İdarənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, “Savab dünyası” Azərbaycan Talassemiya Assosiasiyasının müraciəti əsasında keçirilən “Donor günü” aksiyasına Baş İdarənin şəxs heyəti dəstək verib. İyunun 22-də baş tutmuş bu tədbirdə idarənin onlarla əməkdaşı qana ehtiyacı olan xəstələr üçün könüllü olaraq qan verib. Aksiyanın paytaxtın digər polis idarə və bölmələrində də davam etdirilməsi nəzərdə tutulur.

Qanvermədə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Gematalogiya İnstitutunun həkim və tibb personalı iştirak edib.