Şəhid elan olunan türk zabiti dirildi – Möcüzə

sehid-elan-olunan-turk-zabiti-dirildi-mocuze-
Oxunma sayı: 898

Türkiyənin Diyarbakır vilayətində əsgərlərə qurulan tələ nəticəsində 1-i ağır olmaqla 4 əsgər yaralanıb. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Diyarbakırın Ergani Mahalında PKK terrorçularının açdığı atəşdən yaralanan əsgərlər helikopterlə Diyarbakır Hərbi Hospitalına aparılıb. Hadisədən bir az sonra yaralı olan zabitin ürəyi dayanıb. Onun şəhid olması ilə bağlı məlumat da yayılıb. Yaralılar və şəhid elan olunan zabit Ergani Dövlət Xəstəxanasına yerləşdirilib. Amma həkimlər şəhid elan olunan zabiti həyata qaytarmaq inamını itirməyiblər. Onların mücadiləsi nəticəsində zabitin ürəyi yenidən işləyib. Bu həm həkimləri, həm də zabitin yaxınlarını çox sevindirib. Bundan sonra yaralılar Diyarbakır Hərbi Hospitalına yerləşdiriliblər. Reanimasiya şöbəsində müalicə olunan zabitin vəziyyətinin kritik olduğu bildirilir.

Fatimə Kərimli