Şəhid əsgərin humanistliyi ölkəni təsirləndirdi-Fotolar

sehid-esgerin-humanistliyi-olkeni-tesirlendirdi-fotolar
Oxunma sayı: 666

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, 2011-ci ilin dekabrında həyata keçirilən hərbi əməliyyat zamanı tutulan 15 yaşlı PKK terrorçusu üşüdüyü üçün Kemal Özdoğan ona əsgər gödəkcəsini verib.

Televiziyaya danışan şəhidin qardaşı Tamer Özdoğan, “telefonda niyə gödəkcəni verdin”, deyə soruşdum. “O hələ 15 yaşında uşaqdır. Onları aldadıblar. Məsum bir uşağın milliyyəti, yeri nə olursa-olsun, uşaqdır”, dedi.

Şəhid Kemal Özdoğan dünən Kahramanmaraşda torpağa tapşırılıb. Şəhidin xanımının dəfn mərasimi zamanı dedikləri isə hər kəsi təsirləndirib. Seçil Özdoğan, “ağlayaraq o xainləri sevindrməyəcəm”, deyib: “Şəhid ailəsi olaraq alnım açıq gəzəcəyəm. Dostları Kemalımın qanını yerdə qoymazlar”.