Şəkidə daha bir iş adamı intihara əl atdı

sekide-daha-bir-is-adami-intihara-el-atdi
Oxunma sayı: 655

Xatırladaq ki, 03 fevral 2011-ci il tarixindən bashlayaraq sahibkarın yerli icra hakimiyyəti vəzifəli şəxsləri tərəfindən təzyiqlərə dözməyərək özünə qəsd etmiş sahibkarın ölüm hadisəsi ilə bağlı cinayət işi açılmışdı.

Məlumata görə, “Şəki Bazar” ASC-də fəaliyyət göstərən sahibkarların kütləvi narazılığına səbəb olan bazar rəhbərliyinin qanuna və sahibkarlar ilə aralarında olan müqavilələrə əsaslanmayan tələb və təzyiqləri, çoxsayda sahibkarların da narazılığına səbəb olmaqdadır. Təzyiq və müdaxilələr o qədər ciddidir ki, sahibkar Mütəllimov Əlövsət Firudin oğlu 15.12.2011-ci il tarixdə “Şəki-Bazar” ASC inzibati binasının önündə üstünə benzin tökərək özünü yandırmaq yolu ilə intihara cəhd etmişdir.

Qeyd olunan məsələ ilə bağlı Bazar rəhbərliyindən iki nəfər saxlanılsada bir gün sonra, onlar sərbəst buraxılmışdır. Sahibkar Mütəllimov Əlövsət Firudin oğlu davam edən təzyiq və təhdidlər ilə bağlı İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinə müraciət etmişdir.

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi, təkcə bu il ərzində rayonda sahibkarlara qarşı baş verən təzyiqlərin dəhşətli dərəcədə təsirli olmasının intihara səbəbiyyət verməsinə təəssüfünü ifadə edir və səlahiyyətli mərkəzi icra hakimiyyəti orqanları bu kimi hadisələritəcili olaraq obyektiv və qanuna uyğun qaydada araşdırmağa çağırır.