Seks təklifi verilişi qarışdırdı

seks-teklifi-verilisi-qarisdirdi
Oxunma sayı: 785

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, 42 yaşlı seks aludəçisi Crystal Varren İngiltərənin İTV telekanalında “This Morning” (Bu səhər) proqramına qatılıb. Verilişdə qadın söyləyib ki, seks aludəçisi olduğu üçün sabit bir yerdə işləyə bilmir. Qadının bu sözünə verilişin aparıcısı Eamonn Holmes “Niyə bunu pula çevirmisən? Əgər gündə 5-6 dəfə sekslə məşğul olmağa ehtiyacın varsa, bunu bir işə çevirə bilərsən” deməsi onu qəzəbləndirib.

Varren, “Fahişə olum?” deyərək, aparıcıya etiraz edib.

Seks aludəçiliyi mütəxəssisi doktor Thaddeus Birchard isə aparıcının bu təklifini məsuliyyətsizlik adlandırıb.

Mütəxəssislər seks aludəçiliyinin hələlik analaşılmadığını bəyan edərək, bunun nəzarətdən kənar bir xəstəlik olduğunu deyirlər.