Şekspir sadəcə bir layihə olub- Təhlil

sekspir-sadece-bir-layihe-olub-tehlil
Oxunma sayı: 1011

Ensiklopediyalarda yazılır ki, nəhəng dramaturq və şair Uilyam Şekspir 1564-cü ilin 23 aprelində kiçik şəhərcik Sratford-na-Eyvonda doğulub. Atası əlcək tikən işləyib. Uilyam Stratfordun qarammatika məktəbində oxuyub. Ancaq bu məktəbdə yalnız “Bibliya” öyrədilirmiş. Maddi ehtiyac üzündən atası onu məktəbdən çıxarıb yanına köməkçi götürür. Hətta orta təhsil almadığını iddia edən “Sratford versiyaçıları” belə arqumentlər səsləndirirdilər: “Əsl istedad ilhamla kifayətlənir, ona universitet və məktəb vacib deyil.”

Həmin vaxtdan qalan yüzlərlə əlyazma, sənəd və avtoqrafların arasında bir dənə də olsun Şekspirin əli ilə yazılanı yoxdur. Tarixə, 6 sənəddə çəkilən, yazıya alışmayan tərəddüdlü cızmaqara-əgər ona imza demək mümkünsə- məlumdur ki, (qeydiyyat vərəqəsi, vəsiyyətnamə və s.) onun da əyri-üyrülüyünü şairin əlinin iflic olduğu ilə izah edirlər. Bu sənədlərdə imza Uilyam Şakspir( Shakspere) kimi yazılıb. Qeyd edək ki, ingilis dilində Şekspir (Shakespeare) və Şakspir ( Shakspere) prinsipial olaraq fərqli yazılır və fərqli məna verir.

Şekspirin əsərlərinin mükəmməlliyi təkcə şairin yazı tərzi, üslubu və istedadı ilə deyil, həm də ensiklopedik bilikləri ilə bütün dünyanı heyrətə gətirir. Onun lüğətini 20000-dən artıq söz təşkil edir ki, bu da 16-cı 17-ci əsrlərdə və sonralar yaşayıb yaradan yazıçı, filosovlardan 2-3 dəfə çoxdur və heç birinə xas deyil. Hətta orta təhsili olmayan bir adamın belə zəkaya sahib olması şübhə doğurur.

Şekspirin “Göyərçin və Simurq quşu” poeması özlərini incəsənətə həsr edən cütlüyün platonik izdivacından bəhs edir. Rusiya Elmlər Akademiyasının Şekspir komissiyasının elmi katibi İlya Gililov bu poemanın 1612-ci ildə nəşr edildiyini müəyyən edərək əsərin proobrazlarının kimliyini aşkarlayıb. Bu, 5-ci qraf Retlend Rocer Menners və onun xanımı ingilis şairi Filipp Sidninin qızı Yelizaveta (Sidni) Retlenddir. O, Müəyyən edib ki, bu cütlüyü həqiqətən platonik izdivac bağlayıb və demək olar hər ikisi eyni vaxtda vəfat edib. Gililovun fikrincə, dünyanı fəth edən, varlığı haqda mübahisələr olan, müəmmalı Şekspir məhz onlardır.

Fakta sübut çoxdur. Məsələn: O zaman əsərlər William Shake-speare- imzası ilə yazılıb. Deyilənə görə bu, Retlendin tələbəlik təxəllüsüdür. Qraf Retlend 1612-ci ildə ölüb. Bu ildən sonra Şekpirin bir dənə də olsun misrası yazılmayıb. Halbu ki, tarixi faktlara inansaq şair dörd ildən sonra vəfat edib.

20-ci əsrdə tarixçi Demblon tədqiqat vaxtı Paduan Universitetinin tələbə siyahısında 1596-cı ildə təhsil alan iki tələbənin Rozenkrans və Gildenstern adına rast gəlib. Bütün dünya onları Hamletin dostları kimi tanıyır. Gililov müəyyən edib ki, həmin tələbələrin siyahısında qraf Retlendin adı da var.

Olduqca ziyalı və kübar Retlendlərin qəsrində tanınmış şairlər və məşhur aristokratlar tez-tez toplaşar və görüşlər keçirərdi. Şair və dramaturq Ben Conson bu möhtəşəm çevrə haqda belə deyərdi: “Nəhəng Sirr Sahibləri.” Söhbət hansı sirrdən gedir? Gililov sübut etməyə çalışıb ki, bu sirr dünya mədəniyyətinin ən böyük adı “Şekspir” layihəsidir.


Ruscadan çevirdi: Aysel Əlizadə