Şəmsəddin Hacıyev konflikti hiss etmir

semseddin-haciyev-konflikti-hiss-etmir
Oxunma sayı: 645

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.

Ş. Hacıyev hesab edir ki, sözügedən məsələni süni surətdə şişirtməyə ehtiyac yoxdur: «Məsələ belədir ki, təhsil, elm cəmiyyətin bütün zümrələrini maraqlandıran, tam sosial məsələdir. Bir tərəfdən funksional, digər tərəfdən strateji əhəmiyyəti var. Burada təbii ki fikir ayrılığı, diskussiya olmalıdır. Nəticədə ən optimal variant seçilməlidir. Belə də olacaq”.