Senat Brayzanın namizədliyindən imtina etməyib

senat-brayzanin-namizedliyinden-imtina-etmeyib
Oxunma sayı: 674

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Mark Toner brifinqdə bildirib.

Prezident Barak Obama 2010-cu ilin dekabrında Metyu Brayzanı Azərbaycana səfir təyin edib. ABŞ-ın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri postu keçmiş səfir Enn Dörsinin səlahiyyət müddətinin başa çatdığı 2009-cu ilin iyulundan boş qalmışdı.

ABŞ Konstitusiyasına görə, prezidentin irəli sürdüyü namizədlər ABŞ Konqresinin Senatında təsdiq olunmalıdır. Lakin Konqresin sessiyalararası tətildə olması ilə əlaqədar prezident təkbaşına kadr təyinatları edə bilər.

Prezidentin qərarı onun təyin etdiyi şəxslərin yeni öhdəliklərin icrasına dərhal, Senatın təsdiqini gözləmədən başlamağa imkan verir. Lakin əgər senatorlar Konqresin növbəti sessiyasının sonunadək (2011-ci il, noyabr-dekabr) namizədliyi təsdiqləməsələr, həmin qərar qüvvədən düşəcək.

Beləliklə, bu ay Brayzanın səlahiyyət müddəti bitir və onun namizədliyi Senat tərəfindən təsdiqlənməlidir.