Senatorun gözünün altını qaraltdılar

senatorun-gozunun-altini-qaraltdilar
Oxunma sayı: 638

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Ağ evdə xokkey üzrə Stenli kubokunun ötən ilki çempionatın qaliblərinin şərəfinə təşkil edilən dəvətə qatılan senatorun bu görkəmi diqqətlərdən yayınmayıb. Senatorun mətbuat katibi jurnalistlərə açıqlamasında Kerrinin xokkey oynayan zaman burnunu sındırdığını bildirib və əlavə şərh verməyib. Lakin Kerrinin qırılmış burnu dəvət günü yaşanan yeganə xoşagəlməz hadisə olmayıb. Belə ki, çempion komandanın oyunçularından biri, qapıçı Tim Tomas siyasi görüşlərini əsas gətirərək prezidentlə görüşdən imtina edib. Məlum olub ki, o, Respublika partiyasının tərəfdarıdır və Demokrat Obamanı bəyənmir: “Hesab edirəm ki, ABŞ federal hökuməti nəzarətdən çıxıb və xalqların haqlarını, azadlıqlarını və mülkiyyətini hədələyir. Mən azad vətəndaş olaraq Ağ evə getməməklə bağlı hüququmdan istifadə etdim”.
Səidə