“Səni bu məzardan başqa bu millətə heç nə bağlamır ya Şeyx…” - Etiraz

seni-bu-mezardan-basqa-bu-millete-hec-ne-baglamir-ya-seyx-etiraz
Oxunma sayı: 641

“İranın məhz Azərbaycan dövləti üçün müəyyənləşdirdiyi və yürütdüyü siyasətini təsadüfi hesab etmirəm. Hal-hazırda beynəlxalq aləm. konkret olaraq ABŞ və İsrail tərəfindən müharibə ilə təhdid olunan İran, gələcəkdə ehtimal olunan hərbi müdaxilə zamanı Azərbaycan ərazisindən istifadəni bu gündən heç də göz ardına almamış deyil. İranın hakimiyyət dairələri bu məsələdə yəqinlik əldə etməsələr də, lakin ən pis ehtimal kimi həm də bu variant dartışılan məsələlərdəndir. Hərbi müdaxilə olacağı təqdirdə, İranın İsrailin məhvi palnının olması, guya “anti-islam” siyasətinin mövcudluğu ilə Azərbaycanın inqilaba meyllənnməsi və s. iddialara, bu dövlətin yüksək cinlilərinin daxili əsəbi situatsiyalarının məntiqi nəticəsi kimi yanaşmaqda doğru deyil. Nəzərə alsaq ki, İranın ayrı-ayrı yüksək çinli məmurlarının, hətta dövlət başçılarının arzularını reallıq kimi təqdim etmələri həm də daxili istəyin təzahürüdür. Təsadüfi deyil ki, İranın sabiq prezidenti Hatəminin Azərbaycana səfəri zamanı Gəncədə Nizami Gəncəvinin məqbərəsini ziyarət edərkən xatirə kitabına “Səni bu məzardan başqa bu millətə heç nə bağlamır ya Şeyx…” yazmasını, çap sənədlərində Azərbaycanın işğal olunmuş ərazilərinin erməni torpağı kimi qeyd olunmasını qətiyyən təsadüfi hesab etmirəm. İran totalitar rejimə sahib olan, qonşuları üçün kifayət qədər təhlükə yaradan bir rejimə sahibdir. Bu dövlətin, əhalisinin təxminən yarısını təşkil edən Azərbaycan türklərinin doğal haqlarının ən aşağılayıcı şəkildə pozulmasına hesablanmış siyasəti var. Ərazisində yaşayan, Azərbaycan türkləri ilə müqayisədə kifayət qədər az sayda olan ermənilərin haqlarını tanıyan İran hakimiyyətinin, cənublu soydaşlarımıza mövcud münasibəti, bu millətin tarixi ədalətin bərpası istəyindən qorxusu kimi də dəyərləndirmək olar. Son seçkilərdən həmən sonra haqqına girdiyi vətəndaşının, haqqı uğrundakı mübarizəsinə ən qəddar formada müdaxilə edən bir rejimin, məhz insan haqları məsələsində qonşusunu ittiham etməsi beynəlxalq aləmdə heç də ciddi qəbul edilmir. Düzdür Azərbaycanda da arzu edilən demokratik mühit yoxdur, lakin bu məsələ hətta İranın da narahat olacağı səviyyədə də deyil. Bu gün İran dövlətinin siyasətini müəyyənləşdirənlər sadəcə siyasi avantüra ilə məşğuldurlar.