“Səni sınmazlıq və dönməzlik rəmzi kimi tanıyıram”

seni-sinmazliq-ve-donmezlik-remzi-kimi-taniyiram
Oxunma sayı: 688

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan təbrikdə deyilir: “Bildiyimizə görə xalqımızın sevimli satirik şairi Mirzə Sakitin bu gün 52 yaşı tamam olur. Ona görə də şair, ömrünüzün 52-ci payızının tamam olduğu bu gündə sənə deyirəm: "Mən səni təkcə satirik şair kimi deyil, həm də sınmazlıq və dönməzlik rəmzi kimi tanıyıram. Çünki sən bunu çox da uzaq olmayan yaxın tarixdə sübut etmisən. Bu keyfiyyətlər heç də sənin yaradıcılığındakı satirandan az əhəmiyyətli deyil. Satiranla xalqa düşmənlərini tanıtdırdığın kimi, əzmin və iradənlə də qəhrəmanlığını tanıtdırdın! Xalqa aşıladığın bu yüksək mənəvi keyfiyyət elə mənəvi zirvədir ki, bunlara görə səni təbrik etmək belə çoz azdır. Səni bağrıma basıb öpürəm”.