Serb prezidentinə sui-qəsd həyacanı

serb-prezidentine-sui-qesd-heyacani
Oxunma sayı: 667

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiyanın DİN-nə etibarlı mənbədən məlumat verilib. Xəbər xəbərdarlıq xarakterini daşıyıb və Serbiya mobil rabitə operatorlarından biri vasitəsilə sms-lə göndərilib. Ölkənin DİN-i daxil olan məlumatı bütün ciddiliyi ilə nəzərə alaraq təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Qeyd edək ki, bu Serbiya rəhbərinə qarşı real təhlükə ilə bağlı alınan ikinci məlumatdır. Keçən həftə polis Serbiya Respublikasının yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasim zamanı yaxınlıqda yerləşən idman komplekslərindən birindən çoxlu sayda silah və partlayıcı maddələr aşkar etmişdi.

Səidə