Sərdar Cəlaloğlu: ““Eurovision” geylərin paradıdır” - Müsahibə

<b>Sərdar Cəlaloğlu: ““Eurovision” geylərin paradıdır” - <font color=red>Müsahibə</b></font>
Oxunma sayı: 652

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Qafqazinfo”ya müsahibəsi:

- Son günlər dünya mətbuatında “Eurovision-2011” mahnı müsabiqəsindəki qalibiyyətin Azərbaycana inqilab gətiriləcəyi barədə xəbərlər yayılır. Siz necə düşünürsüz?

- Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində qalib gəlməsinin özü inqilabdır. “Eurovision” gey paraddır. İslam dünyasında xristian dünyasından fərqli olaraq geylərə münasibət tamamilə fərqlidir. Müsəlman dövlətinin qalib gəlməsi elə özü geylərə baxışları müsəlman dünyasında nə qədər inqilabi dəyişikləri göstərir. Amma bütünlükdə “Eurovision”u guya Azərbaycanda siyasi dəyişilmələrə, inqilablara gətirib çıxaracaq kimi deyilən fikirlərin heç bir əsası yoxdur. Çünki birincisi “Eurovision”da bizim əldə etdiyimiz qələbə, bilirsiniz ki, bu cür beynəlxalq yarışmalardakı qələbələrin əldə edilməsinin arxasında heç də yarışa çıxan adamların heç də fitri istedadları yox, həmin yarışda iştirak edən tərəflərin rolu var. Məsələn müasir dünyada futbol klublarının qalibiyyəti onların maddi imkanları ilə bağlıdır. Hansı futbol klubunun böyük maddi resursları varsa, dünyanın ən məşhur futbolçularını alıb və yaxud da hakimlərin ələ alır və nəticədə öz qələbəsini təmin edir. Bu cür yarışlar da istisna deyil. Məsələn rəsmi məlumatlara görə, Azərbaycan müsabiqədə bu qələbəyə 2 milyon avro pul xərcləyib. Hesab edirəm ki, real xərclər bundan bəlkə də 10-15 dəfə çoxdur. Çünki biz “Eurovision”a verilən qiymətə baxanda görürük ki, “Eurovision”un əsas təşkilatçıları, uzun illər “Eurovision” məhz bu dövlətlərin iştirakı ilə keçirilən müddət klassik Avropa dövlətlərinin rəyi daha dəqiq və aydın mənaya malikdir. Bu dövlətlərin verdiyi ballara görə Azərbaycan 20-25-ci yerdədir. Nə Almaniya, nə Fransa, İngiltərə, Hollandiya, Danimarka, İtaliya və s. Azərbaycana elə yüksək qiymət verməyiblər. Ayrılıqda onların qiymətlərini götürsək, onların qiymətləri ilə Azərbaycan hardasa 20-25-ci yerdədir. Yalnız keçmiş SSRİ məkanında və Avropanın bir-iki Malta, Andorra kimi kiçik dövlətlərinin hesabına, əsasən Ukrayna, Rusiya, Moldova, Rumınıya kimi keçmiş SSRİ dövlətləri və sosialist ölkələrin hesabına Azərbaycan birinci yer tutub. Birincisi bu onu göstərir ki, Azərbaycanın qələbəsi avropalıların meyarları baxımından qələbə deyil, sonradan Avropaya qoşulan ölkələrin meyarları baxımından qələbədir. Biz bunu tam mütləq qələbə kimi də qiymətləndirə bilmərik. İkincisi, qələbənin əldə olunması Azərbaycan vətəndaşlarının fəallığından meydana gəlməyib. Bilirsiniz ki, heç bir ölkə öz komandasına səs vermir. Ona görə də bizim qələbəmizi əgər başqa dövlətlərdə verilən səslər müəyyənləşdirirsə, onda qələbə səsi verən dövlətlərdə inqilaba səbəb olsun. Azərbaycan xalqının o qələbənin əldə olunmasında iştirakçılıqdan başqa heç bir rolu yoxdur. Çünki səsləri verən tamamilə başqa dövlətlərdir. Ona görə də mən düşünürəm ki, bu cür deyimlərin heç bir mənası yoxdur. Burda konsertin keçirilməsi nəyə görə Azərbaycanda rejimin dəyişilməsinə gətirib çıxara bilər? Nəzərə alsaq ki, bu qələbənin müəllifi də rejimdir və 2012-ci ildə “Eurovision”nu da məhz hakimiyyət keçirəcək, hakimiyyət dəli deyil ki, özünü yıxacaq tədbir keçirsin.

- Bəs bu qalibiyyət Azərbaycanda islahatlar keçiriləcəyinə təkan verə bilərmi?

- Əksinə, mənə elə gəlir ki, “Eurovision” qələbəsi Azərbaycanda iqtisadi və siyasi islahatların bir az da gecikməsinə səbəb olacaq. Biz artıq mətbuatdan eşidirik ki, “Eurovision”nun keçirilməsi ilə bağlı yeni konsert salonu tikmək istəyirlər və yaxud da köhnə konsert salonlarını yeniləşdirmək istəyirlər. Bu o deməkdir ki, Azərbaycanda indiki şərtlərdə yeni korrupsiya sahələri ayrılacaq. Tutaq ki, dövlət vəsaitlərinin mənimsənilməsi üçün “Eurovision” adı altında böyük imkanlar yaradılacaq. Eyni zamanda cəmiyyətin bütün diqqəti bu “Eurovision”nun üzərinə yönəldiyinə görə, siyasi islahatlar sahəsində heç bir addım atılmayacaq. Çünki dövlətin və xalqın bütün diqqəti bura cəlb olunacaq. Əksinə hesab edirəm ki, “Eurovision”nun Azərbaycana salınması ilə Azərbaycanda bir neçə il siyasi və iqtisadi islahatlardan uzaqlaşacaq.

- Gürcüstanın Azərbaycandakı səfirinin inqilablara hazırlaşdığı ilə bağlı məlumatlar yayılıb? Sizcə bu nə dərəcədə düzgündür?

- Ümumiyyətlə, Gürcüstanın Azərbaycanda səfirliyinin hər hansı bir fəaliyyət göstərməsi barədə məlumata malik deyilik. Belə səfirlik varmı? Varsa, bu səfirlik harada yerləşir? Nə ilə məşğul olur? Mən Azərbaycanda siyasi dəyişiklikləri izləyən bir partiyanın rəhbəri kimi bu səfirliyin mövcudluğundan xəbərim yoxdursa, siz nə dərəcədə bu iddialara inana bilərsiniz ki, Azərbaycanda Gürcüstanın səfiri hansısa inqilaba hazırlaşır. Bu günə qədər bu səfirliyin Azərbaycan müxalifətinin və yaxud fəaliyyət göstərən hər hansı bir qeyri-hökumət təşkilatlarının hər hansı biri ilə əlaqəsini müşahidə etmisiniz? Bu insan təklikdə Azərbaycanda inqilab edəcək? Bunlar gülünc şeylərdir. Görünür səfirə qarşı hansısa siyasi kampaniyadır, onu uzaqlaşdırmaq istəyirlər. Ümumiyyətlə Azərbaycanda Gürcüstan səfirliyinin fəaliyyəti hiss olunmur. Təkcə Gürcüstanın yox, bir çox ölkələrin səfirlikləri var ki, o səfirliklərinin adını eşidəndə bilirik ki, həmin ölkənin Azərbaycanda səfirliyi var imiş.

- Bu məsələdə Gürcüstan prezidenti Mixail Saakaşvilinin də adı hallanır...

- Mixail Saakaşvili hakimiyyətə gələndən sonra dəfələrlə öz bəyanatlarında Azərbaycan iqtidarının yanında olduğunu bildirib. O, Azərbaycan prezidenti İlham Əliyevi özünün mənəvi müəllimi hesab edib. Ona görə Saakaşvilinin Azərbaycanda inqilab etməsi gülünc şeydir. Saakaşvilinin özünün Azərbaycan müxalifətinə qarşı bir dənə də pozitiv hər hansı bir bəyanatı, fikri, sözü yoxdur. Gürcüstandakı apardığı demokratikləşməyə görə onu alqışlayırıq, amma qonşu dövlətlərdə demokratiyaya verdiyi dəstəyə görə pisləyirik. Çünki nə Azərbaycanda, nə də Ermənistanda demokratikləşmədə Gürcüstanın iynənin ucu boyda da xidməti yoxdur.

- Belə məlumatların yayılmasında məqsəd nədir?

- Bu, Gürcüstanın iqtidar daxilində olan şeylərdir. Rusiya Saakaşviliyə yüksək təzyiq edir. Bu zaman Azərbaycanı da Gürcüstana qaldırmaq üçün özünün Saakaşviliyə qarşı apardığı mübarizənin cəbhəsini genişləndirmək üçün belə bir böhtan xarakterli, dezinformasiya yaya bilər və Azərbaycandakı hakimiyyəti Saakaşviliyə qarşı qaldıra bilər. Məsələ yalnız bundan ibarət ola bilər. Ortalıqda başqa heç bir ağla sığan, bunun həqiqət olduğunu sübut edən bir fakt belə yoxdur.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi