“Sərhəd hərəkatı inqilabi dəyişikliklərə yol açdı”- Tarix

serhed-herekati-inqilabi-deyisikliklere-yol-acdi-tarix
Oxunma sayı: 867

Bu sözləri “Qafqazinfo”ya 1980-1990-cı illərin tələbə hərəkatının liderlərindən olmuş Qorxmaz İbrahimli 1989-ci ildə baş verən sərhəd olaylarını şərh edərkən bildirib.

“İmperiya nə qədər çalışsa da, xalqımızın daxilində birlik və bütövlük ruhunu öldürə bilmədi. Bütün repressiyalara baxmayaraq, xalq içində bu ruhu yaşatdı və gələcək nəsillərə ötürə bildi. Hətta, sovetlər zamanında da xalqımız Azərbaycanın iki yerə parçalanmağını qəbul etmirdi. Belə olan halda Azərbaycanı iki hissəyə bölən qüvvələrə qarşı xalqın ayağa qalxması təbii idi. O zaman xalq ölümə getməyə belə hazır vəziyyətdə durmuşdu”,-deyə, Qorxmaz İbrahimli qeyd etdi.

Qorxmaz İbrahimli onu da əlavə etdi ki, sərhəd hərəkatının əsas təsiredici faktorlarından biri də, Güney Azərbaycan Milli Hərəkatının təsiri idi.

“Bu hadisələrdən sonra Güney Azərbaycanda Milli Oyanış daha da geniş vüsət almağa başladı və bu gündə həmin proses davam etməkdədir. İnanıram ki, Güney Azərbaycan azadlığını əldə edəndən sonra, həmrəyliyimiz daha da güclənəcək və bütövləşmə prosesi uğurla başa çatacaq”,-deyə, Qorxmaz İbrahimli bildirdi.


Elnur Eltürk