Şəriət məhkəməsi təklifinə cavab gəldi

seriet-mehkemesi-teklifine-cavab-geldi
Oxunma sayı: 670

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “İnterfaks” yayıb.

Müsəlmanların Mərkəzi Ruhani İdarəsinin sədri, Rusiyanın baş müftisi Talqat Tacuddin açıqlamasında qeyd edib ki, Konstitusiyaya görə din dövlətdən ayrıdır: “Ölkəmizin öz məhkəmə sistemi var. Müsəlmanlar da bərabərhüquqlu vətəndaş kimi ondan yararlana bilərlər”.

Tacuddinin sözlərinə görə, müsəlmanların mübahisəli şəriət məsələlərini müftilik həll edir. “Dindarlar ruhani idarəyə dini məsələlər, ailə münasbətləri və varisliklə bağlı müraciət edirlər”, -deyə baş müfti bildirib.

Moskva müftiliyinin rəhbəri Albir Krqanov isə deyib ki, artıq bir əsrdir Rusiyada dini məhkəmə institutu olan Qazılar Şurası mövcuddur: “Rusiya müsəlmanları şəriət sualları ilə bağlı dini məhkəməyə müraciət edə bilərlər”, -deyə Krqanov bildirib. O deyib ki, şəriət məhkəmələrini İran, Səudiyyə Ərəbistanı, Qatar kimi ölkələrdə yaratmaq olar.

Krqanovun fikrincə, Rusiyada şəriət hökmü vermək çox qorxuludur: “Yaxşı xatırlayırıq, heç bir hüquqları olmadan Qafqazda şəriət adından insanları güllələyirdilər”.

Xatırladaq ki, REN TV telekanalına müsahibə verən Daqir Xasavov Rusiyada şərət məhkəməsinin yaradılmasını təklif edib.