Sərnişin avtobusu qəzaya düşdü, 4 ölü

sernisin-avtobusu-qezaya-dusdu-4-olu
Oxunma sayı: 655

Polisin verdiyi məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ölənlərdən ikisinin azyaşlı qız uşağı olduğu bildirilir.

4 uşağın vəziyyəti isə ağır kimi qiymətləndirilir. Qəza zamanı avtobus qarşıdan gələn digər bir avtobusla toqquşaraq yol kənarındakı yamaca aşıb. Hələlik qəzanın səbəbi açıqlanmasa da, polis tədqiqat işlərinə başlayıb.

Qeyd edək ki, qəza zamanı avtobus Kabardin-Balkariyadan Jeleznavodsk şəhərinə doğru irəliləyirmiş. Hadisə ilə əlaqədar rəsmilər festivalı ləğv ediblər.

anspress